İstanbul meri Əkrəm İmamoğlu həbsxanadan ismarıc göndərib. 

"Unikal" xəbər verir ki, İmamoğlu həbsdə gördüyü qanunsuzluqlardan yazıb.

"Həbsxanada bəzi şeylərə görə çox üzüldüm:

Saxlanılan və həbs edilən gənclərimizə qarşı kobud rəftar,

Hatayda zəlzələdən zərərçəkənlər mənim üçün imza topladıqları üçün konteynerlərdən çıxarıldı.

Bizə əmanət olan şəhidimizin övladı etirazlara dəstək verdiyi üçün KYK yataqxanasından qovuldu.

Kadıköydə bıçaqlanaraq həyatını itirən gözəl balamız Mattia Ahmet Minguzzinin məzarı dağıdıldı,

Hətta ucuz yumurta üçün uzun növbələr məni çox üzdü".