İran ABŞ-la ölkə silahlı qüvvələrinin yüksək döyüş hazırlığı fonunda baş tutacaq konstruktiv və ciddi dolayısı danışıqlara hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına İran mənbəyi məlumat verib.
"Biz ABŞ-la danışıqlara ciddi yanaşırıq. Nümayəndə heyəti tam səlahiyyətlərlə Maskata gedəcək", - deyə mənbə bildirib.
O, Tehranın razılaşmada maraqlı olduğunu, lakin təzyiq və təhdid altında dialoq aparmağa hazır olmadığını vurğulayıb.
Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi proqramını dayandırmaq tələblərini qəbul etməyəcək. Bununla belə, ABŞ nüvə proqramının dinc xarakter daşıması ilə bağlı təminat axtararsa, razılaşma mümkün ola bilər.