Xəbər verdiyimiz kimi, Nyu-York suları üzərində gəzinti uçuşu həyata keçirən "Bell 206L-4 LongRanger IV" turist helikopteri qəzaya uğrayaraq Azadlıq heykəlinin yaxınlığında Hudzon çayının sularına düşüb.
"Unikal" xəbər verir ki, təyyarədə altı nəfər - pilot və beş sərnişin olub, onların hamısı ölüb.
Ölənlər arasında Almaniyanın Siemens konserninin İspaniya filialının rəhbəri Aqustin Eskobar, onun həyat yoldaşı və üç övladı var. Pilotun şəxsiyyəti hələlik rəsmi olaraq təsdiqlənməyib.
Hadisə şahidlərinin sözlərinə görə, helikopter özünü qeyri-sabit aparıb: o, yırğalanıb, qəfil istiqamətini dəyişib, sonra isə havada çevrilib. Daha sonra isə çaya düşüb.
Hadisə anının görüntüsünü təqdim edirik.
Gülayə Mecid