Hindistan və Nepalın bəzi bölgələrində ildırım çaxması və leysan yağışları nəticəsində 100-ə yaxın insan həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şərqindəki Bihar ştatında kəskin hava şəraiti nəticəsində azı 64 nəfər ölüb. 

Məlumata görə, Nalanda 18 ölüm, ardınca Sivanda iki, Katihar, Darbhanqa, Begusarai, Bhaqalpur və Cihanabadda bir ölüm qeydə alınıb. 

Hindistanın mərkəzi və şərqində tufan, şimşək çaxması və güclü küləklə müşayiət olunan güclü yağışlar aprelin 12-nə kimi davam edəcək.