Almaniyada keçirilən NATO-nun hərbi təlimləri zamanı Niderland Kral Ordusunun 21 yaşlı əsgəri həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
"Bastion Lion" təlimlərində Almaniya və Niderlanddan təxminən 3500 əsgər iştirak edir. Məqsəd Rusiya ilə mümkün silahlı münaqişə vəziyyətində NATO-nun şərq cinahının müdafiəsini təcrübədən keçirməkdir. Məlumata görə, təlimlərdə 1800-ə yaxın texnika və 200-ə yaxın drondan istifadə edilib.
Bədbəxt hadisədən sonra təlimlər dərhal dayandırılıb. Təfərrüatlar açıqlanmır.
Saksoniya-Anhalt federal əyalətinin polisi faktla bağlı araşdırmalara başlayıb. Alman hərbi polisi və Niderland jandarmiyası da işə cəlb olunub.
Ağarza Elçinoğlu