"Tarif müharibələrində qaliblər yoxdur; dünyaya qarşı çıxmaq özünü təcrid etmək deməkdir".

"Unikal" Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin İspaniyanın baş naziri Pedro Sançeslə görüşündə deyib.

Si Cinpinin sözlərinə görə, ölkənin son 70 ildə inkişafı müstəqillik və gərgin əmək üzərində qurulub. O, heç vaxt kiminsə lütfünə arxalanmayıb, haqsız zülmdən qorxmayıb.