"Ukrayna hakimiyyəti Rusiya və Rusiya mədəni irsi ilə əlaqəli hər şeyi kökündən silmək üçün məqsədyönlü siyasət aparır". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov  Almatı şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında deyib 

"Bu, Rusiyaya və rus dünyasına aid olan hər şeyi qanunvericiliklə məhv edir: rus dili, mədəniyyəti, rusdilli media  və b.", - o, qeyd edib.