Dünyada 20 milyondan çox müştərisi olan gözəllik kremi kimyəvi maddə səbəbindən geri çağırılıb.
"Unikal" xəbər verir ki, söhbət "Proactiv" brendinə məxsus "Ləkə Təmizləyici Krem" və "Dərini Hamarlaşdıran Peel" məhsullarından gedir.
Səbəb onun tərkibində leykoz və qan xərçənginə səbəb olan kanserogen benzolun olmasıdır. Geri çağırışda risk səviyyəsi 2-ci sinif kimi təsnif edilib.
"Bu o deməkdir ki, bu, müvəqqəti və ya tibbi cəhətdən geri qaytarıla bilən mənfi sağlamlıq nəticələrinə səbəb ola bilər", - səlahiyyətlilər xəbərdarlıq ediblər.