"Gürcüstan mövcud ərazi fərqlərinə baxmayaraq, Rusiya ilə münasibətlərdə sülhsevər və praqmatik yanaşmanı davam etdirir".

"Unikal" xəbər verir ki, bu barədə aprelin 11-də Antalyada keçirilən diplomatik forumda çıxış edən respublikanın baş naziri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə iqtisadi-ticarət əməkdaşlığını inkişaf etdirməyə davam edir, buna ümumi strateji yanaşmanın bir hissəsi kimi baxır.

Kobaxidze qeyd edib ki, ölkələr arasında diplomatik münasibətlər yoxdur, lakin iqtisadi sahədə əməkdaşlıq sabitliyin möhkəmlənməsinə töhfə verir. O, Gürcüstanın Cənubi Qafqaz regionunda sülhsevər siyasət yürütdüyünü vurğulayıb.