Bu həftə Azərbaycanda keçirilən danışıqlarda İsrail və Türkiyə nümayəndələri Suriyada gərginliyin qarşısının alınması ilə bağlı razılığa gələ bilməyiblər.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Kan" radiosu açıqlayıb. 

Qeyd olunub ki, Pasxa bayramından sonra hər iki ölkənin nümayəndə heyətləri arasında növbəti görüş gələn həftə ərzində baş tuta bilər. 

Danışıqlar Türkiyə ordusunun Suriyadakı mövcudluğu ilə bağlı məsələlər üzrə ölkələr arasında yaxınlaşan gərginlik fonunda baş tutub: "Pasxadan sonra İsrail və Türkiyə arasında danışıqların əlavə raundu baş tutacaq. Belə bir qərar tərəflər razılığa gələ bilmədikdən sonra Azərbaycanda keçirilən müzakirələr zamanı qəbul edilib".

Ağarza Elçinoğlu