Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Türkan qəsəbəsində “Xanlar küçəsi 50A” və “Ağaxan Abdullayev küçəsi 28” ünvanları üzrə ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşlərdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov,  6 saylı vərəm əleyhinə dispanserin şöbə müdiri Fariz Kərimov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs ediblər. Vurğulanıb ki,   Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bundan sonra da inamlı qələbələrə imza atacaq.

Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.  

Görüşlərdə təşkilati məsələlərə də baxılıb. Aytən Səfərova “Xanlar küçəsi 50A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Tükəzban Əmircanova sədr müavini, Tehran Rəhmanov “Ağaxan Abdullayev küçəsi 28” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Muradəli Ramazanov isə sədr müavini seçilib.