Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev xarici agent elan olunub.
"Unikal" xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi Kozırevi xarici agentlərin reyestrinə daxil edib.
Qeyd edək ki, Andrey Kozırev 1990-1996-cı illərdə Rusiya xarici işlər naziri vəzifəsini tutub.
Hazırda ABŞ-da yaşayan keçmiş nazir Rusiya hakimiyyətinin əleyhinə çıxışlar edir.