Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbinin şagirdi Nəzrin Məmmədova buraxılış imtahanlarında maksimal - 300 bal toplayıb.

"Unikal" xəbər verir ki, o, 5 yaşında məktəbə gedib, xüsusi biliyi ilə seçilib.

Onun bacısı Nuray Məmmədova isə 247 bal toplayaraq təhsil aldığı məktəbin 3-cüsü olub.

Onların hər ikisi Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olmaq üçün hazırlaşır.