Braziliyanın sabiq prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, 2018-ci ildə seçki kampaniyası zamanı bıçaqlanan Bolsonaro şiddətli qarın ağrısı ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, keçmiş prezident 2022-ci il seçkilərində uduzduqdan sonra dövlət çevrilişinə cəhddə ittiham olunur. Bolsonaro təqsiri rədd edir və siyasi təqibin qurbanı olduğunu iddia edir.
Təqsirli bilinərsə, Bolsonaro uzunmüddətli həbs cəzası ala bilər. Prosesin ilin sonuna qədər başlayacağı gözlənilir.