Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Unikal" xəbər verir ki, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini şəhər ərazisindən tapdığı 1 ədəd avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.