ABŞ prezidenti Donald Trampın verdiyi qərarlar geniş müzakirə olunur. Onun qəfil siyasət dəyişiklikləri və tarixi şərhləri geniş şəkildə tənqid olunur.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk tibbi müayinədən keçib. O, imtahan zamanı koqnitiv testdən də keçib.
Belə ki, 79 yaşlı Tramp Uolter Rid Milli Hərbi Tibb Mərkəzində dörd saatlıq müayinədən keçib. O, hazırkı prezidentliyinin ilk tibbi imtahanının sonunda koqnitiv testdən keçdiyini bildirib. Prezidentin səhhəti ilə bağlı son müfəssəl hesabat 2018-ci ildə dərc edilib.
ABŞ seçkilərindən əvvəl yeni məlumatların olmaması tibb mütəxəssislərini narahat edirdi, çünki Trampın yaşında olan insanların səhhətində ciddi problemlər yarana bilər. Mütəxəssislər bunlar arasında ürək xəstəliyi riskini və yaşla əlaqədar idrak qabiliyyətinin zəifləməsini qeyd ediblər.
Bununla belə, Tramp keçirdiyi son sınaqda müvəffəqiyyətli olduğunu vurğulayaraq, edilən testlər arasında koqnitiv müayinənin olduğunu və yaxın günlərdə həkimlərinin nəticələrlə bağlı hesabat təqdim edəcəklərini bildirib.
"Mən koqnitiv testdən keçdim. Bütün cavabları düzgün aldığımdan başqa sizə nə deyəcəyimi bilmirəm. Ürəklə bağlı bir çox müxtəlif testlərdən keçdim", - Tramp deyib. Ağ Evin mətbuat katibi Caroline Leavitt, son fiziki testin nəticələrinin ən qısa zamanda açıqlanacağını söyləyib.
Gülayə Mecid