Volodimir Zelenskinin ofis rəhbərinin müavini Pavlo Palisa bütün vətəndaşların, o cümlədən qadınların orduda xidmət etdiyi İsrail modelinə uyğun olaraq Ukraynada universal hərbi xidmətin tətbiqinə çağırıb.

"Unikal" xəbər verir ki, onun sözlərini “Strana.ua” sitat gətirib. 

"Biz müəyyən bir keçid dövrü üzərində düşünməliyik ki, vətəndaşlar hamının xidmət etməli olduğunu aydın başa düşsünlər", - deyə rəsmi qeyd edib. 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində xidmətdən imtina dövlət xidmətlərinə çıxışın və dövlət qurumlarında işləmənin məhdudlaşdırılması ilə nəticələnə bilər.