Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə Yaxın Şərqdə baş verən cari hadisələr və Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyəti müzakirə olunub.
Gürcüstanın baş naziri regionda etimadın və davamlı sülhün bərpasını təmin edəcək dialoqa kömək etməyə hazır olduğunu təsdiqləyib.
Görüşdə, həmçinin, Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının əhəmiyyəti müzakirə edilib və bu format çərçivəsində nazirlərin növbəti görüşünün Türkiyədə keçirilməsi nəzərdə tutulub.
Gülayə Mecid