Rus icmasının lideri Valeri Klimenko Moldovanın Kişinyov hava limanında saxlanılıb.

"Unikal" xəbər verir ki, 71 yaşlı Klimenkonun saxlanılması o, Moskvada keçirilən “Avrasiya – Dəyərlər ərazisi” forumundan qayıdarkən baş verib.

İcma rəhbərinin pasportu əlindən alınıb, saxlanmasının səbəbləri açıqlanmayıb.

Klimenko baş verənləri xaos adlandırıb.