Qaradağ rayonu ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 17-ci km-də və rayonun digər ərazilərində ümumilikdə 2200 həmişəyaşıl ağac əkilib.