"Terror aktları törətmək üçün Kiyev tərəfindən işə götürülən və Rusiyaya bomba gətirən Moldova vətəndaşı Marius Prunyan saxlanılıb".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı Prunyan terror aktlarının təşkili üçün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sifarişi ilə Rusiyaya gəlib. Bundan əvvəl, 2022-2023-cü illərdə Prunyan Ukrayna Silahlı Qüvvələrinin muzdlu əsgəri olub və Ukrayna Silahlı Qüvvələrinin beynəlxalq legionunun tərkibində Artemovsk (Baxmut) ərazisində hərbi əməliyyatlarda iştirak edib.
Gülayə Mecid