Ermənistan-Türkiyə sərhədində itkin düşdüyü bildirilən türkiyəli gəncin meyiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Xatırladaq ki, İğdırda sərhədi qanunsuz keçməyə cəhd edən 4 dostdan biri 28 yaşlı İsmayıl Adır Araz çayına düşmüşdü.
***11:36
Türkiyə-Ermənistan sərhədini qarşı tərəfə keçmək istəyən Türkiyə vətəndaşı itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd olunub ki, itkin düşən 28 yaşlı İsmayıl Adır sərhədi qanunsuz keçmək istəyən 4 dostdan biridir.
Onun Araz çayına düşdüyü ehtimal edilir. Dostları axının onu apardığını görüb və dərhal jandarmaya xəbər veriblər.
Gəncin tapılması üçün araşdırmalara başlanılıb.
Ağarza Elçinoğlu