Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən evlərin birinin həyətindən dəyəri 6000 manat olan yeddi ədəd kondisioner oğurlanıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı C.Qədimov və 33 yaşlı R.Novruzov müəyyən olunaraq saxlanılıblar.

Daha bir oğurluq hadisəsi isə Yasamal rayonunda baş verib. İçərisində bank kartları və sənədlər olan pul kisəsini talayan əvvəllər də oğurluqla bağlı cinayətə görə məhkum olunmuş 40 yaşlı S.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.