Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Vakunova qırğız mühacirlərinin kütləvi şəkildə həbsi və onlara qarşı güc tətbiq edilməsi ilə bağlı nota təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici Siyasət Departamentinin mətbuat xidməti məlumat yayıb. 

Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev aprelin 11-də Moskvada “Bodrost” hamam kompleksində qırğız vətəndaşlarının kütləvi həbsindən sonra Vakunovla görüşüb: "Rusiya tərəfinə həyata keçirilən əməliyyatın əsasları, habelə vətəndaşlara qarşı güc tətbiq edilməsi barədə məlumatın verilməsi xahişi ilə nota verilib.

Qırğızıstan öz vətəndaşlarının hüquqlarının müdafiəsini təmin etməyi və gələcəkdə oxşar hadisələrin qarşısını almağı xahiş edib, çünki bu hadisələr Qırğızıstan və Rusiya arasında müttəfiqlik və strateji münasibətlərə xələl gətirə bilər". 

Ağarza Elçinoğlu