Rusiyanın Soçi şəhərində yenot səbəbindən fərdi yaşayış evi tamamilə yanıb. 

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya teleqram kanalları məlumat yayıb. 

Bildirilir ki, gəmirici evin damında elektrik naqillərini zədələyib və nəticədə qısaqapanma baş verib. Hadisə yanğınla nəticələnib. Xəsarət alan olmasa da, ev tamamilə külə dönüb.