Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, Balakən rayon Mahamalar kənd sakini 1986-cı il təvəllüdlü Ramazanov Şaban Çingizxan oğlu idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada rayonun Katex kənd sakini, 1975-ci il təvəllüdlü Qalayçiyeva Nazxanım Şaban qızını vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli