Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək Aİ-yə üzv ölkələr və yalnız birliyə qoşulmaq istəyən ölkələr ciddi nəticələrlə üzləşəcəklər.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuat konfransında bildirib.
"Bir çox nazirlər bildiriblər ki, Aİ 9 Mayı qeyd etmələri üçün Moskvaya səfərləri ciddi qəbul edir, bunun ağır nəticələri olacaq. Biz bunu qabaqcadan deyirik", - deyə Kallas bildirib.
O qeyd edib ki, Avropa İttifaqına üzv olmağa namizəd olan ölkələr Moskva şənliklərində iştirakdan çəkinmək barədə aydın göstərişlər alıblar. Kallas vurğulayıb ki, Qələbənin 80 illiyinin Rusiyada qeyd olunması Brüsseldə ciddi reaksiyaya səbəb olub.