Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Nazirlər Kabinetinin gündəliyinə ölkədaxili və beynəlxalq hadisələr, son iqtisadi vəziyyət və terrorizmlə mübarizə daxildir. Suriyadakı hadisələrin və Qəzzadakı hadisələrin də müzakirə ediləcəyi gözlənilir.
Prezidentin Saray Kompleksində keçiriləcək görüş yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.
Ağarza Elçinoğlu