“Bu yaxınlarda Antalyada keçirilən forumda dünyada hökm sürən yalançı, ikiüzlü siyasi düzgünlüyü, ikili standartları rədd edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq nitqi aydın şəkildə seçildi”.

"Unikal" xəbər verir ki, bu Gürcüstan müxalifətinin lideri, keçmiş prezident Mixail Saakaşvilinin bəyanatında deyilir.

Azərbaycan liderinin Antalyada keçirilən diplomatik forumdakı çıxışına münasibət bildirən Saakaşvili deyib ki, Əliyev başqalarının düşündüyü, lakin ucadan deyə bilmədiklərini öz adları ilə səsləndirdi.

“O, Rusiyanın Ukraynaya təcavüzü faktlarını açıq şəkildə göstərib və indiki vəziyyətdən çıxış yolunu təklif edib. Əliyev çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlər üçün özünə dəyər hissi ilə yeni davranış prinsipinin yaradıcısıdır”, - deyə Saakaşvili bildirib.