Ukrayna Avropanın ən bədbəxt ölkəsidir.

"Unikal" xəbər verir ki, bu barədə "World Happiness Report"un dərc etdiyi reytinq cədvəlində bildirilir. Reytinqə görə, Ukraynanın sıfırdan 10-a qədər olan şkala üzrə cəmi 4,7 balı var.

Axırdan ikinci yerdə Albaniya (5,4 xal), üçüncü yerdə 5,6 xalla Bolqarıstan gəlir.

Avropanın ən xoşbəxt ölkəsi isə 7,7 balla Finlandiya olub.