Gəncədə 25 yaşlı oğlan özünə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü A.Məmmədov qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov