Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass bu yay senzurasız şəxsi sosial şəbəkəsini açmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə o, "The Guardian"a açıqlamasında deyib. 

Trassın sözlərinə görə, senzuraya məruz qalmayacaq və ləğv edilə bilməyəcək "yeni azad söz şəbəkəsi" yaradır:

"Sosial şəbəkə insanların danışmaq istəmədiyi məsələlər haqqında həqiqəti danışmaq üçün lazımdır".

Trass hesab edir ki, "dərin dövlət" onun baş nazir vəzifəsində işləməsinə mane olub və bu yay onu ənənəvi mediaya alternativ olacaq bir media platforması yaratmağa vadar edib.