"Söhbət ümid və ya ümidsizlikdən getmir. Bu, bizim işimizdir və biz bu işi ardıcıl şəkildə yerinə yetirmək niyyətindəyik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin bu il imzalanacağına ümid edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Dünənki çıxışımda bu mövzunu ətraflı işıqlandırdım. Və düşünürəm ki, dünəndən bu gün deyiləcək yeni heç nə formalaşmayıb. Biz bu məntiqlə davam etməliyik. 

Ümumiyyətlə, nəinki beynəlxalq, hətta ölkədaxili məntiqdə masaya qoyduğumuz planların dərhal uğurlu olacağı bəlli deyil. Proqramlar səy tələb edir, ardıcıllıq tələb edir və şəraitin tam öyrənilməsini tələb edir. Bu, bizim işimizdir, gündəmimizdir. Və biz bu işi görməliyik", - deyə Paşinyan qeyd edib. 

Ağarza Elçinoğlu