ABŞ əvvəllər tətbiq edilən idxal rüsumları sayəsində rekord məbləğdə pul alır.
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində yazıb.
Dövlət başçısının sözlərinə görə, tariflərdən gələn gəlirlər sayəsində ölkədə demək olar ki, bütün mallar, o cümlədən benzin və ərzaq ucuzlaşır. Onun sözlərinə görə, inflyasiya da aşağı düşür.
"Vədlər verildi, vədlər yerinə yetirildi", - Tramp vurğulayıb.