İsrailin mənzil və milli missiyalar naziri Orit Strok öz qızına qarşı cinsi istismarda təqsirli bilinir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin hazırda İtaliyada yaşayan qızı Şoşana sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib ki, o hələ uşaq olanda anası, atası və qardaşlarından biri tərəfindən cinsi istismara məruz qalıb.
Şoşana sözügedən hadisənin qeydə alınaraq uşaq pornoqrafiyasında istifadə edildiyini açıqlayıb.
O, həmçinin kiçik qardaş və bacılarının da zorakılığa məruz qaldığını bildirib və bu iddiaları polisə bildirib.
Şikayətdən sonra rəsmi araşdırma başlanıb, lakin təfərrüatlar məxfi olaraq qalır.
Ağarza Elçinoğlu