Moskvada məktəbli Mixaylov küçəsində polis bölməsini yandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Məlumata görə, oğlan nəzarət-buraxılış məntəqəsinin qapısına yaxınlaşaraq yanar qarışıq butulkasını qapıya çırpıb.
Çox keçmədən polislər yanğını söndürüblər. Hadisəni törədən şəxs dərhal saxlanılıb; onun 13 yaşlı oğlan olduğu üzə çıxıb. Azyaşlı naməlum şəxslərin göstərişi ilə hərəkət edib.