"Şakir Paşa ailesi"nin yeni bölümü bu həftə yayımlanmayacaq.

"Unikal" xəbər verir ki, buna səbəb isə iki gün əvvəl serialın çəkilişlərinin aparıldığı malikanədə baş verən yanğın nəticəsində "Taki" ləqəbli yayım menecerinin infarkt keçirərək vəfat etməsi olub.

Ekran işinin yeni bölümü usə aprelin 27-də izləyicilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, ekran işində baş rolları Fırat Tanış, Vahidə Perçin, Məryəm Üzərli canlandırır.