Konqo Demokratik Cümhuriyyətində yanan gəminin batması nəticəsində 148 nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, daha 100-dən çox adam itkin düşüb.
Qeyd olunub ki, göyərtəsində təxminən 500 nəfərin olduğu “HB Kongolo” gəmisi aprelin 16-da Matankum limanından çıxaraq Konqo çayı ilə Bolomba şəhərinə doğru üzüb.
Sərnişinlər üçün yemək hazırlanan mətbəxdə başlayan yanğın qısa müddətdə gəmini bürüyüb və məhz buna görə sağ qalanların çoxu ağır yanıq xəsarətləri alıb.
Konqo səlahiyyətliləri Qırmızı Xaçla birlikdə itkin düşənlərin axtarışını davam etdirir.