ABŞ Moskva və Kiyev arasında genişlənmiş sülh sazişi çərçivəsində Krımı Rusiya kimi tanımağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinin sözlərinə görə, bu addım ABŞ prezidenti Donald Trampın atəşkəs razılaşmasına nail olmaq istəyini nümayiş etdirir.
Həmçinin qeyd olunub ki, Krımın tanınması beynəlxalq hüquq və müqavilələrə zidd olardı: "Bu, torpaqların zorla ələ keçirilməsini qadağan edən beynəlxalq qanunları və müqavilələri poza bilər. Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bildirib ki, o, ərazilərini Moskvaya verməyəcək.
Ağarza Elçinoğlu