Ukraynanın 277 hərbçisi Rusiya əsirliyindən azad edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
"Evlərimiz ola biləcək ən yaxşı xəbərlərdən biridir. Daha 277 əsgər rus əsirliyindən vətənə qayıdıb", - o yazıb.
Zelenskinin sözlərinə görə, onların arasında Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Milli Qvardiyasının, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin və sərhədçilərin əsgərləri var.
Ağarza Elçinoğlu