Aprelin 20-də saat 19:00 radələrində 1990-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, sol budun deşilmiş yarası və sağ budun üçdə bir hissəsinin deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***19:08

Gəncədə 35 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində  qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü E.İsmayılov bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov