"Əvvəlki bütün konstitusiya referendumları xalqın iradəsini əks etdirməyib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

Baş nazir İrəvanda keçirilən konfransında bildirib ki, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var: "Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır. Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumları zamanı ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır". 

O, hesab edir ki, mövcud hüquq nizamı ilə cəmiyyət arasında üzvi əlaqə olmalıdır.

Ağarza Elçinoğlu