Aprelin 21-də Papa Fransiskin ölümündən sonra “112 Ali Papanın peyğəmbərliyi” yenidən xatırlanıb.

"Unikal" xəbər verir ki, bu sənədin müəllifi 12-ci əsrdə yaşamış Şimali İrlandiya arxiyepiskopu Müqəddəs Malakidir.

Onun proqnozuna görə, Fransisk dünyanın sonuna qədər sonuncu Papa olmalıdır. Malaki qiyamətə qədər hər bir Papanın taleyini təsvir edən qısa latın ifadələri yazıb.

Hazırkı pontifik mətndə "Romalı Pyotr" adlanır və onun "çoxlu əzablar arasında qoyun otarmalı" olacağı, bundan sonra Romanın dağıdılması və son qiyamətin gələcəyi proqnozlaşdırılır.

Bununla belə, bir çox tədqiqatçı peyğəmbərliyin həqiqiliyinə şübhə ilə yanaşır. İlk dəfə yalnız 1590-cı ildə - Malakinin ölümündən 500 il sonra - belçikalı rahib Arnold de Villonun kitabında bu məlumatlar ortaya çıxıb. O, əlyazmanı monastır arxivindən tapdığını iddia edib.

1590-cı ildən əvvəl hökmranlıq edən papaların təsvirləri ümumiyyətlə dəqiq olsa da, sonrakı yazılar çox vaxt reallıqla ziddiyyət təşkil edib. Bununla belə, hər dəfə bir pontifikin ölümü təkrar-təkrar sirli mətnə ​​maraq oyadır.