Ukraynanın hazırda Rusiyanın nəzarətində olan Mariupol şəhərindəki zooparkda ağ pələng onu qidalandırmaq üçün qəfəsə daxil olan işçini parçalayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, işçi pələngin etibarlı şəkildə bağlandığından əmin olmadan yırtıcının qəfəsinə girib. Heyvan adama hücum edərək onu parçalayıb. O, yerindəcə dünyasını dəyişib.
Hadisə yerində müstəntiqlər işləyir.
Ağarza Elçinoğlu