Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev məlumat verib.

"Jurnalistləri, bloqçuları və sakinləri təhlükəsizlik baxımından insidentlə bağlı hər hansı məlumat yaymaqdan çəkinməyə və təsdiqlənmiş rəsmi məlumatlar alınana qədər regional qanunvericiliyə əməl etməyə çağırıram. Mövcud qadağaları pozanlara görə cərimə nəzərdə tutulur", - region rəhbəri "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, hadisə yerində məsul xidmətlər işləyir. Daha ətraflı məlumat daha sonra veriləcək.

Öz növbəsində Fövqəladə Hallar Nazirliyi Kirjaç rayonunda fövqəladə vəziyyətin elan olunduğunu bəyan edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Barsovo və Mirnı qəsəbələrinin sakinləri təxliyə edilir.

Rusiya Müdafiə Nazirliyi Vladimir vilayətindəki hərbi hissədə baş vermiş partlayışın səbəbini açıqlayıb. Bildirilib ki, yanğına səbəb partlayıcı materiallarla işləyərkən təhlükəsizlik tələblərinin pozulmasıdır. İkin məlumatlara görə, tələfat yoxdur.