Goranboyda yol qəzası  olub.

"Unikal"ın məlumatına  görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakini - 1994-cü il təvəllüdlü Salmanova Aygün Əlyar qızı idarə etdiyi "Hyundai" markalı 77 SE 912 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman qarşısına 2 ədəd iri buynuzlu heyvan çıxıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Mal-qara hadisə yerində tələf olub.Qəza zamanı avtomobilə də ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Tural Əhmədov