"Ukraynada 2022-ci ildən bəri 400 min insan səfərbərlikdən yayınmaq üçün ölkəni tərk edib". 

"Unikal" xəbər verir ki, bu  barədə hakim “Xalqın qulluqçusu” partiyasından olan Ali Radanın deputatı Ruslan Qorbenko məlumat yayıb. 

"Sərhəddə, o cümlədən qanunvericilik səviyyəsində belə boşluqlara görə, MSEK-də (tibbi-sosial ekspertiza, - red), hərbi komissarlıqlarda və icra hakimiyyətinin digər şöbələrində korrupsiyaya görə, hesab edirəm ki, təxminən 300-400 min insan qeyri-qanuni yollarla xaricə gedib”, – Qorbenko qeyd edib.

Bundan əvvəl Ali Radanın deputatı Anna Skoroxod bildirmişdi ki, ukraynalılar səfərbərlik yaşının 25-dən 18-ə endirilməsi riskinə görə uşaqlarını xaricə aparırlar.

Gülayə Mecid