"Enerji effektivliyi fondunun yaradılması işləri başa çatmaqdadır və yaxın vaxtlarda bu fond vasitəsilə müvafiq tədbirlər görülməsinə başlanılacaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Samir Vəliyev deyib.

Nazir müavini qeyd edib ki, elektroenergetika sahəsində islahatlar nəzərdə tutulmuş şəkildə davam etdirilməkdədir. 

Anar Kəlbiyev