ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun olduğu güman edilən Gulfstream G650 təyyarəsi Parisdən Moskva istiqamətində havaya qalxıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Flightradar"ın məlumatlarında deyilir.

Qeyd edək ki, bir qədər əvvəl aprelin 25-də Rusiya prezidenti Vladimir Putinlə Uitkoff arasında görüş olacağı barədə məlumatlar yayılmışdı.