Bəzi sahələrdə 15 yaşına qədər uşaqlar əməyə cəlb edilə bilər.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirdiyi elmi-praktik konfransda çıxışı zamanı “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.
O bildirib ki, bəzən alt normalarla tənzimlənməli olan, yaxud da tənzimlənən normaların konstitusiyaya gətirilməməlidir:
“Misal olaraq, 17-ci maddəyə edilən dəyişiklik praktikada problem yaradır. Yəni, həmin maddədə qeyd olunub ki, uşaqlarla 15 yaşına qədər əmək müqaviləsi bağlana bilməz. Amma idmanın elə növləri var ki, misal olaraq, bədii gimnastika, yaxud film çəkilişləri və digər sahələr var ki, burada uşaqlar əməyə cəlb oluna bilərlər. Lakin konstitusiya bunu qadağan edir. Bu, Əmək Məcəlləsinin predmetidir. Amma çoxlu misallar çəkmək olar”.
Anar Kəlbiyev